Banner

Digər

Dubaydan mobil telefon gətirirdi - TUTULDU

Dubaydan mobil telefon gətirirdi - TUTULDU | FED.az
16:33 16 Okt 2019

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

FED.az xəbər verir ki, Dubay-Bakı aviareysi ilə gələn Pakistan vətəndaşı "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və "Qırmızı kanal"a yönləndirilib.

Eləcə də bax: DGK mobil telefonlarla bağlı yayılmış məlumatlara - AYDINLIQ GƏTİRİB

Vətəndaşa məxsus çamadan rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri görünüb və təkrar baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunub. Bu zaman əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron və yazılı formada bəyan edilməyən 10 ədəd "Samsung Galaxy Note 10" markalı mobil telefon və 2 ədəd qulaqlıq aşkar edilib.

 

Digər xəbərlər

Banner