Dron təhlükəsi ilə əlaqədar Rusiyanın Kazan və Nijnekamsk hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
FED.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi -Rosaviasiya məlumat yayıb.
Bildirilib ki, Kazan hava limanına uçan reyslər Samaradakı alternativ aerodroma yönləndirilib.
Tatarıstan rəhbərinin mətbuat xidmətindan verilən açıqlamada isə bildirilib ki, Kazanın bəzi ərazilərində müəssisələrdə təxliyə ehtiyacı elan edilib.
Tatarıstanın Atninski rayonunda bir PUA vurulub. Hadisə şahidlərinin sözlərinə görə, dron Orqsintez zavoduna doğru uçurmuş.
Hazırda Kazanın bir neçə zavodunda hava hücumu siqnalları verilir. (Apa)