ABŞ və Çin arasındakı ticarət müharibəsi “çox da uzun çəkməyəcək”.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə bildirib.
“Mən düşünürəm ki, müharibə nə qədər uzun sürsə, biz o qədər güclü olacağıq. Mənə elə gəlir ki, bu müharibə uzun çəkməyəcək”, – deyə prezident qeyd edərək əlavə edir ki, Amerika tərəfi ÇXR ilə “çox yaxşı danışıqlar aparır”.
Xatırladaq ki, avqustun əvvəlində Tramp Çindən idxal olunan mallara 10 %-lik tariflər tətbiq edəcəyini bildirmişdir. Tariflərin bir hissəsinin tətbiqi dekabr ayında qədər təxirə salınıb.