Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tezliklə amerikalı həmkarı Donald Trampla görüşə bilər.
FED.az TASS-agentliyinə istinadən xəbər verir ki, bu barədə cümə axşamı "Reuters" məlumat yayıb.
Bildirilir ki, dövlət başçılarının görüşü 28-29 iyun tarixlərində Osaka şəhərində keçiriləcək G20 sammiti çərçivəsində baş tuta bilər.
"Biz hazırda təqvim üzərində işləyirik. Bir neçə müsbət siqnallar alırıq, lakin dəqiq vaxt hələ müəyyən olunmayıb. Onlar `Ərdoğan və Tramp` həmçinin Yaponiyada G20 sammitində görüşə bilərlər", - deyə agentlik mənbənin sözlərini sitat gətirir.
"İkitərəfli səfərlərə gəldikdə isə biz dəqiq tarix gözləyirik", - deyə Türkiyə hakimiyyəti nümayəndəsi əlavə edib.