ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə ölkədə keçiriləcək prezident seçkilərinə qatılmaq niyyətindədir.
Rusiyada növbəti prezident seçkiləri - Putinin iştirakı ilə keçiriləcək
FED.az xəbər verir ki, o, bu barədə özü bildirib. Növbəti seçkilərə qatılmaq üçün daha qərarlı olduğunu deyən Tramp hazırkı prezident Co Baydenin siyasətini tənqid edib. Onun sərhəd məsələləri, iqtisadi və sosial siyasətlə bağlı gördüyü işləri bəyənmədiyini söyləyən ABŞ-nin sabiq dövlət başçısı, özünün prezidentlik dövründə ölkədə həyata keçirilən layihələrdən misallar çəkib.
2024-cü il seçkilərinin ABŞ-ni xilas etmək üçün yeganə şans olduğunu vurğulayan Tramp, ölkəsində Çinə müqavimət göstərə biləcək liderə ehtiyac olduğu fikri müdafiə edib.
Təbliğat kampaniyasına başlayacağını deyən Donald Trampın Respublikaçılar arasında rəqibi olacaq keçmiş vitse-prezident Mayk Pens, Florida qubernatoru Ron De Santis və Cənubi Karolina ştatının keçmiş qubernatoru Nikki Heylinin tezliklə namizədliklərini açıqlayacaqları gözlənilir. (Azərtac)