Rusiya Donbasda xüsusi hərbi əməliyyat keçirəcək.
FED.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində bildirib.
“Vəziyyətlər Rusiyadan qətiyyətli addımlar tələb edir” - Putin deyib.
Onun sözlərinə görə, mümkün qan tökülməsinə görə bütün məsuliyyəti tamamilə Ukrayna hökuməti daşıyacaq.
Putin müraciətində bildirib ki, ədalət və həqiqət Rusiyanın tərəfindədir. O, ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb.