İsveçin Eskilstun şəhərində dilənmək istəyənlər lisenziya almalı olacaqlar.
FED.az xəbər verir ki, şəhər rəhbərliyi buradakı bütün dilənçilərdən lisenziya almağı tələb ediblər. Bununla da dilənçilik yolu ilə əldə edilən gəlirlər rəsmi gəlirlərə aid edilib. Artıq bu şəhərdə dilənçilik fəaliyyətinin rəsmi adı «passiv pul toplamaq» adlanır.
İsveçdə dilənçiliklə bir qayda olaraq miqrantlar – əsasən də qaraçılar məşğul olurlar.
Şəhər rəhbərliyinin bu yeniliyi əhali tərəfindən razılıqla qarşılanıb. İnsanlar hesab edir ki, bu qayda miqrantları normal formada pul qazanmağa həvəsləndirəcək, unu etməyənlər isə gəldikləri ölkəyə qayıtmalı olacaqlar. Bununla yanaşı, sollar və yaşıllar, liberal və xristian demokratları partiyaları bu qaydanın əleyhinə çıxıblar.