“Dəniz Mall”un açılışı qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Eləcə də bax: «Park Bulvar», «28 Mall»ı keçdi – BAKININ MƏŞHUR AVM-LƏRİ – SİYAHI
FED.az “Dəniz Mall” Ticarət Mərkəzindən "APA"ya verilən məlumata istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargah ictimaiyyət üçün 10 mart tarixli açıqlamasında ayrı-ayrı qurumlar və vətəndaşlara yönəlik çağırış və tövsiyələr edib.
Eləcə də bax: Bakıda yeni nəhəng "Mall" tikiləcək – FOTO
“Bu çağırışdan irəli gələrək, eyni zamanda koronavirusun yayılmasının qarşısının alınması sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə dəstək olaraq “Dəniz Mall”un 12 mart tarixinə planlaşdırılan açılışı qeyri-müəyyən vaxtadək təxirə salınıb. Yeni açılış tarixi barədə əlavə məlumat veriləcək”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, operativ qərargah koronavirusa yoluxma hallarının qarşısının alınması baxımından ayrı-ayrı qurumları yaxın müddətdə kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini dəyişdirməyə çağırıb, vətəndaşlara qapalı və adamların sıx toplaşdığı məkanlardan uzaq olmağı tövsiyə edib.