Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadənin qardaşlarının və yaxın qohumlarının banka borcu olduğu məlum olub.
FED.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, "Accessbank" deputatın qardaşları Feyruz Qənizadə, Gündüz Qənizadə, yaxın qohumları M.Qəniyeva, Rövşən Əfəndiyev və Ruslan Həşimova qarşı Ağdaş Rayon Məhkəməsində iddia qaldırıb.
Eləcə də bax: Milli Məclisdə vəsiqəsini girov qoyan - DEPUTATIN MƏSƏLƏSİNƏ BAXILACAQ
2018-ci ilin sonundan Ağdaş Rayon Məhkəməsinin sədri Famil Nəsibovun sədrliyi ilə baxılan məhkəmə işi bu ilin iyun ayınadək davam edib. Məhkəmə yekun akt olaraq ərizənin baxılmamış saxlanılması barədə qərar qəbul edib və əsas olaraq tərəflərin məhkəmə prosesində iştirak etmədiyii göstərib.
Kreditin biznes məqsədi ilə götürüldüyü və böyük miqdarda olduğu bildirilir.