Böyük Britaniyanın Baş naziri Boris Conson millət vəkillərinə məktub göndərərək, kraliçadan, 3 Sentyabrda yay tətili başa çatacaq parlamentin 9 Sentyabr - 14 Oktyabrda da istirahət etməsini tələb edib.
FED.az xəbər verir ki, Boris Consonun bu barədə açıqlamasının ardından İngilis funt-sterlinqi ABŞ dolları və avro qarşısında 0,7%-dən çox ucuzlaşıb.
İngilis funt-sterlinqi 1,10 avro və 1,22 dollar səviyyəsinə düşüb.
Kraliça 2-ci Elizabetin, Consonun tələbini qəbul etməsi halında, ölkənin Avropa Birliyindən (AB) müqaviləsiz çıxmasını əngəlləmək üçün qanun çıxarmağa hazırlaşan müxalifət partiyalarının bu təşəbbüsləri üçün yetərli zaman qalmayacaq.
Marja.az
Conson, 31 Oktyabrda müqavilə olsun və ya olmasın, İngiltərənin AB-dən çıxacağını tez-tez təkrarlayır.
Böyük Britaniyanın müxalifət partiyaları, Consonun ölkənin AB-dən müqaviləsiz çıxmasının qarşısını almaq üçün parlamentdə bir qanun çıxarmaq üçün öz aralarında müzakirələrə davam edirlər.