Son bir neçə ayda Kreml cəbhə xəttini möhkəmləndirmək üçün Ukraynaya on minlərlə yeni rus əsgər göndərib.
Ukraynaya ötən il 32 milyard dollardan çox - MALİYYƏ YARDIMI EDİLİB
FED.az bu barədə CNN telekanalına istinadən xəbər verir.
Telekanalın məlumatına görə, qüvvələrin bu cür köçürülməsi heç bir nəticə vermədi: “Çünki əsgərlər “döyüş meydanına atılmaq” üçün “zəif təchizatlı, zəif hazırlıqlı” cəbhə xəttinə gəliblər”.
“Rusiya yeni təşkil edilmiş və birləşmiş birləşmələr əvəzinə, mövcud birləşmələrə əvəzedici və ya gücləndirici olaraq qoşun göndərib”, - jurnalistlər ABŞ-ın yüksək rütbəli məmuruna istinadən bildiriblər.
Bir qədər əvvəl Prezident Vlodomir Zelenski bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın hansı qüvvələri topladığını görür və onları dəf etməyə hazırdır. (Azərtac)