Çin Mərkəzi Bankı milli valyutanın məzənnəsini bir daha endirdi
Çin Xalq Bankı (Mərkəzi Bank) çərşənbə axşamı günü milli valyutanın məzənnəsini 7,0454 yuana qədər endirib. Tənzimləyicinin statistikasından göründüyü kimi, bu, 2008-ci il 24 mart tarixindən bəri minimum qiymətdir.
FED.az Banker.az - a istinadən xəbər verir ki, avqustun 1-dən keçən həftənin ortalarına qədər yuan məzənnəsi davamlı şəkildə düşməyə davam edib.
Avqustun 5-də ABŞ-ın Maliyyə Nazirliyi Çini valyuta manipulyasiyalarında günahlandıraraq, Pekini bu məsələdə şəffaf olmağa çağırıb. Çin Mərkəzi Bankının verdiyi məlumata görə, bu, qlobal iqtisadiyyatına və dünya maliyyə sisteminə mənfi təsir göstərəcəkdir.
2015-ci ilin nəticələrinə görə yuan 6%, 2916-cı ildə isə daha 6,7% ucuzlaşıb. 2017-ci ildə yuan 6,2% qədər möhkəmlənib, 2018-ci ildə isə bir daha 5,1% düşüb.