Banner

Digər

Çin İrana 400 milyard dollar yatıracaq - TARİXİ RAZILAŞMA

Çin İrana 400 milyard dollar yatıracaq - TARİXİ RAZILAŞMA | FED.az
08:24 29 Mart 2021

Çin Xarici İşlər Nazirinin 25 illik əməkdaşlıq müqaviləsi imzalayaraq etdiyi açıqlamaya görə Çin və İran əlaqələri 'strateji tərəfdaşlıq' səviyyəsinə yüksəlib. 
ABŞ-ın sanksiya tətbiq etdiyi iki ölkə - Çin və İran xarici işlər nazirləri şənbə günü 25 illik əməkdaşlıq müqaviləsi imzalayıblar. 

İran dövlət mediasının məlumatına görə, Çin Xarici İşlər naziri Vang Yi həmkarı Cevat Zərifə "İki ölkə arasındakı münasibətlər indi strateji tərəfdaşlıq səviyyəsinə çatıb və Çin İranla əlaqələrini hərtərəfli inkişaf etdirmək istəyir" dedi.

Münasibətlərin mövcud vəziyyətdən təsirlənməyəcəyini, qalıcı və strateji olacağını ifadə edən Vang, "Münasibətlərini bir telefon zəngi ilə dəyişdirən bəzi ölkələrdən fərqli olaraq, İran münasibətlərinə müstəqil qərar verir" dedi. 

Vang, Tehranda razılaşma imzalanmadan əvvəl Prezident Həsən Ruhani ilə görüşdü. Razılaşma ilə Çinin enerji və infrastruktur kimi sahələrə investisiya qoyması gözlənilir. 

Ruhani, "İki ölkə arasındakı əməkdaşlıq nüvə razılaşmasının həyata keçirilməsi və Avropa ölkələrinin məsuliyyətlərinin yerinə yetirilməsi baxımından çox vacibdir" dedi. Koronavirus peyvəndlərinə gəlincə, Çinin daha çox peyvənd verməsini istəyirik "dedi.

New York Times qəzetinin yazdığına görə, razılaşma Çin tərəfinin İranın bankçılıq, telekomunikasiya, limanlar, dəmir yolları, səhiyyə və informasiya texnologiyaları kimi bir çox sahəyə 400 milyard dollar sərmayə qoymasını nəzərdə tutur. Bunun qarşılığında Çin mütəmadi olaraq böyük bir endirimlə İrandan neft tədarük edəcək.

Hər iki tərəfin, xüsusilə İranın sanksiyalar altında olmasına baxmayaraq İran indiyədək də Çinə gündəlik 1 milyon barel neft ixrac edir.    

Banner
Banner

Digər xəbərlər