Çin Azərbaycana minatəmizləmə prosesi üçün 2 "X-ray" cihazı ianə edib.
FED.az xəbər verir ki, bunu ANAMA sədri Vüqar Süleymanov qurumun yaranmasının 28-ci ildönümü ilə əlaqədar brifinqdə deyib.
Onun sözlərinə görə, ən son bu cihaz yeni texnologiyalardandır:
"Qapalı yerlərdə minatəmizləmə əməliyyatı üçün istifadə edirik. Xüsusilə evlərin təmizlənməsi zamanı istifadə edilir". (Report)














