Fövqəladə Hallar Nazirliyi çimərliklərlə əlaqədar əhaliyə müraciət edib.
Bakıdakı çimərliklərə - AVTOBUSLAR İŞLƏYƏCƏK
Nazirlikdən FED.az-a verilən xəbərə görə, müraciətdə deyilir:
"Çimərlikdə xoş zaman keçirmək üçün Fövqəladə Hallar Nazirliyi bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir.
Belə ki, qadağandır:
• nəzərdə tutulmamış ərazilərdə çimmək;
• çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;
• küləkli havada dənizə girmək;
• çimərlikdə gecələmək,
• sərxoş halda çimərlikdə olmaq;
• suda kobud hərəkətlər etmək;
• çimərlikdə balıq tutmaq;
• xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!
Yadda saxlayın:
• Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
• Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!".