Çexiyanın əmək bürosu ölkədəki vakansiyaları açıqlayıb.
FED.az xarici mətbuata istinadən xəbər verir ki, 350 min vakansiya indiyədək elan edilən ən böyük göstəricidir. Bu məlumat təkcə yerli vətəndaşlara deyil, Çexiyada yaşayan xaricilərə də yeni iş imkanları vəd edir.
Eləcə də bax:Kanadada iş imkanları - VƏZİYYƏT, ÜSULLAR
Hazırda Çexiyada işləyənlərin 25%-i xarici vətəndaşlardır. Hökumət xarici istedaları cəlb eləmək üçün hətta çex dili bilməyənlər də şans verməyə hazırdır. «Grafton Business Services» şirkətinin nümayəndələri çex dili bilməyən və yalnız ingilis dili bilənlər üçün çoxsaylı iş yerlərinin olduğu sahələri açıqlayıblar:
1. Mühasibat və maliyyə.
Çex şirkətləri bəzən bu sahədə çalışanlardan təkcə ingilis deyil, paralel olaraq fransız və ya alman dili biliyi də tələb edirlər.
2. Müştərilərə xidmət
Çexiya paytaxtında şirkətlərin çoxu öz gündəlik tapşırıqlarını işçilərə verməkdənsə, autsors işləyənlərə paylaşmağa üstünlük verirlər. Belə işdə çalışanlar üçn ingilis dili ilə yanaşı, tələb olunan dillər holland dili, ispan, italyan və polyak dilləridir.
3. IT
Belə mütəxəssislərə tələbat yüksəkdir. Bunun səbəbi son illər Çexiyada işə düşən startaplardır. Bu sahədə Praqadan sonra ölkənin ikinci populyar şəhəri Brnodur. Tələb olunan dillər isə ingilis, rus və almandır.
4. Satışlar
Bu sahədə çalışanlar üçün əksər hallarda nə çex dili, nə də, iş təcrübəsi tələb olunmur. Şirkətlər bəyənib seçdikləri namizədləri özləri öyrədirlər.
Eləcə də bax:Azərbaycanlı gənc Polşadakı bank işindən və təhsilindən danışır – MÜSAHİBƏ
5. İnzibati dəstək
Bura şifahi tərcüməçilər, rəhbərlərin köməkçiləri, bək-ofis işçiləri aiddir. Belə vəzifələrə bir qayda olaraq xirici dillilər tələb olunur.
6. HR.
Bu sahədə istan dilindən tutmuş fransız, hətta isveç dili bilənlərə qədər ən müxtəlif dilləri bilənlər tələb olunur.
7. Təhsil
İş tapmağın rahat olduğu ən geniş yayılan sahələrdən biri. Hərçənd, dil məktəblərinin əksəriyyəti ingilis dilliləri axtarırlar.