Çevriliş cəhdi gecəsi “15 iyul şəhidlər körpüsü”ndə əsgərlərə “nişan al” və “atəş” əmrlərini verən mayor Əhməd Taştana 35 dəfə ağırlaşdırılmış ömürlük və 3343 il həbs cəzası verilib.
FED.az xəbər verir ki, qərar İstanbulun 25-ci Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilib.
Eləcə də bax: "Maşınım xarab oldu - GÖRÜŞƏ HELİKOPTERLƏ GETDİM"
Əhməd Taştan “konstitusion nizamı aradan qaldırmağa cəhd” və “qəsdəm adam öldürmə” maddələri ilə 35 dəfə ağırlaşdırılmış ömürlük həbs və “cinayəti gizlətmək, sübutları aradan qaldırmaq və ya cinayət törədilməsini asanlaşdırmaq və ya yaxalanmamaq məqsədilə qəsdən adam öldürməyə təşəbbüs”, “şəxsi azadlıqdan məhrum etmə”, “qəsdəm yaralama” və “mülkiyyətə ziyan vurma” ittihamları ilə 3343 il həbs cəzasına məhkum edilib.
oxu.az