Sentyabrın 28-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Fed.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 19-22, Bakıda gecə 15-17, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə sabah şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 19-24, dağlarda gecə 4-9, gündüz 10-15 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə isə yaxın 3 gün ərzində Abşeron yarımadasında dəyişkən hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Nazirlikdən hava şəraitinin dəyişəcəyi barədə də xəbərdarlıq edilib.
Belə ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 28-dən 29-u gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, sentaybrın 29-da şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında sentyabrın 28-dən oktyabrın 02-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Çətirlərinizi hazır saxlayın
13:13
27 Sen 2016