Cahangir Əsgərov iki aydır maaş vermir: AZAL-da nə baş verir?
"AZAL-ın işçiləri yazırlar ki, 2 aydır maaşlarını ala bilmirlər. Baxmayaraq ki, AZAL pandemiya zamanı da bəhrələnənlərdən olub”.
FED.az saytı HİT.az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu yazıb. Ekspert bildirib ki, Maliyyə Nazirliyi ötən ilin büdcəsindən AZAL-a pandemiyanın neqativ təsirlərini neytrallaşdırmaq üçün 86,9 milyon manat köçürüb:
“AZAL bazarda hökmran mövqeyini saxlayaraq İstanbula uçuşa artan tələbatdan sui-istifadə edərək, gediş gəliş biletini dəfələrlə bahalaşdırıb. AZAL pandemiyadan əvvəl səfər etmək istəyənlərin ödədiyi vəsaiti indiyə qədər geri qaytarmayıb. Bəlkə də Cahangir Əsgərov AZAL-ın işçilərinin əmək haqlarını qəsdən vermir ki, bu ilin büdcəsindən də maliyyə yardımı alsın”.