Çimərlik mövsümünün başlamasına az qaldığı müddətdə Xəzər dənizinin Buzovna çimərliyindəki müəyyən hissə hasara alınıb. Dəniz kənarında dincəlmək üçün sakinlər hasarları aşmaq üçün müəyyən kilometr yol qət etməli olacaqlar.
Eləcə də bax: FHN çimərliklərdə nöqsan və çatışmazlıqlar - AŞKARLAYIB
FED.az xəbər verir ki, məsələ ilə bağlı ARB24 süjet hazırlayıb.
Bildirilib ki, məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə müraciət edilib. Qurum hadisədən xəbərdar olduğunu, lakin icazəni onların deyil, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) verdiyini qeyd edib.
Qeyd edək ki, daha əvvəl də Xəzər rayon ərazisində torpaq sahələri qanunsuz zəbt edilmişdi. Sakinlərin şikayətindən sonra qeyri-qanuni tikili sökülmüşdü.