Instagram şəkil və videoyazıların mübadiləsi üçün istifadə olunan pulsuz tətbiqdir. Bu proqram istifadəçilərə şəkil və videoları çəkmək, onlara müxtəlif filtrlər tətbiq etmək, o cümlədən öz xidməti və çoxlu sayda sosial şəbəkələr vasitəsilə onları paylaşmaq və yaymaq imkanı verir.
Bu tətbiq iOS 4.3 və daha yuxarı təminatlarla işləyən iPhone, iPad və iPod Touch qurğularında, eləcə də Android 2.2 və OpenGL ES 2-nin dəstəyilə daha yuxarı təminatlarla işləyən telefonlarda yüklənə bilir.
Instagram San-Fransiskoda işlənib hazırlanmışdı. Instagram-ın yaranma ideyası iki tələbənin nailiyyətidir. Kevin Sistrom və Maykl Kriger (Michel Krieger) adlı həmin tələbələr öz layihələri Burbn-u mobil şəkillərə dəyişdirmək istəmiş və bununla da Instagram ideyası meydana gəlmişdir.
İlk dəfə Apple şirkətinin App Store tətbiqlə mağazasında Instagram 6 oktyabr 2010-cu ildə peyda olmuşdu. Bugün isə həmin vaxtdan düz 6 il keçir. Məhz bugün Instagramın 6 yaşı tamam olur.
Əlavə olaraq qeyd edək ki, 2011-ci ilin yanvar ayında bu tətbiqə heşteqlər (hashtags) əlavə olunmuşdu. Heşteq istifadəçiləri və şəkilləri rahatlıqla tapmaq üçün nəzərdə tutulan şərti işarələrdir.
2011-ci ilin sentyabr ayında Instagram-ın 2.0 versiyası çıxmışdı. Həmin versiyanın özəlliyi ondan ibarət idi ki, burada canlı filtrlər, mailliyin ani dəyişməsi, yüksək həllərə malik şəkillər, opsional sərhədlər, bir dəfə basmaqla dönmə və yenilənmiş ikonkalar vardı.
2012-ci ilin aprelində Android platforması üçün bir versiya buraxılır ki, həmin versiya sutka ərzində milyon dəfədən artıq yüklənmişdi.
9 aprel 2012-ci ildə isə Facebook şəbəkəsi mobil Instagram fototətbiqini 1 milyard dollara aldığını elan etmişdi. 25 iyun keçirilən alqı ilə bağlı Instagram Facebook şəbəkəsi ilə daha sıx inteqrasiya etməyə başladı.
2013-cü ilin iyununda Instagram-da 15 saniyəlik video yazma imkanının olması elan edildi, 2016-cı ilin martında isə bu müddətin 4 dəfəyədək artdığı bildirildi. 8 avqust 2013-cü ildə bu tətbiq «ВКонтакте» sosial şəbəkəsi ilə inteqrasiya etdi. 2013-cü ilin noyabrında tətbiqin Windows Phone 8 üçün olan versiyası çıxdı.
2016-cı ilin may ayında Instagram dizaynın dəyişdiyini elan etdi. Onun dizaynı daha monoxron və lakonik idi.
Calend.ru-nun məlumatına istinadən 2010-cu ilin dekabrında bu tətbiqə qeydiyyatdan keçmiş istifadəçilərinin sayı 1 milyon, 2011-in iyununda 5 milyon idi, sentyabrda isə iki dəfə artaraq 2012-ci ilin martında təxminən 30 milyona çatdı. 2013-cü ilin fevralında onun aktiv istifadəçilərinin sayı 100 milyon oldu. 2014-cü ilin martında isə qeydiyyatdan keçmiş istifadəçilərinin sayı 200 milyona çatdı.
Bir daha qeyd edək ki, bugün Instagramın yaranmasından düz 6 il keçir.