Kanadanın Vankuver şəhərinin rəhbərliyi boş qalan, yəni sahiblərinin yaşamadığı və kirayəyə verilməyən mənzillərə vergiləri kəskin artırıb. Yeni ildən etibarən belə evlərə görə, dəyərinin 3% həcmindən vergi hesablanacaq.
Şəhər rəhbərliyi boş qalan evlərə hələ 2016-cı ildə «müharibə» elan etmişdi. 2019-cu ildə belə mənzillərdən dəyərinin 1%-i həcmində verginin hesablanmasına başlanıldı. 2020-ci ildə bu rəqəm 1,25%-ə qalxdı, 2021-ci ildən isə adam yaşamayan mənzillərdən onların dəyərinin 3%- həcmində vergi tutulacaq.
Vankuver rəhbərliyi bu addımı mənzillərin boş qalmamsası üçün atır. Boş qalan evlər şəhərdə həm evin qiymətini, həm də kirayə qiymətini artırır. Bu isə daşınmaz əmlak bazarında əsassız qiymət artımına səbəb olur. Şəhər rəhbərliyi bu məsələdə Parisin təcrübəsini əsas götürüb. Qaydalara görə, evdən belə vergi tutulmaması üçün ya onun sahibi burada yaşamalıdır, ya da ev il ərzində azı 6 ay kirayəyə verilməlidir.
Artıq son 2-3 ilin nəticələri göstərir ki, bu addım təsirini verməyə başlayıb. 2017-ci ilin sonunda şəhərdə 2 538 boş ev vardısa, 2018-ci ilin sonunda belə evlərin sayı 1 989-a düşdü. 2019-un sonunda isə boş evçlər 1 893 olub. Belə evlərdən tutulan vergilər isə şəhər büdcəsinə daxil olur və əlçatan əmlakın maliyyələşməsinə sərf edilir.