
O, Nobel mükafatına amerika musiqi ənənəsi çərçivəsində yeni poetik ifadə tərzi yaratdığına görə layiq görülüb. Hələ 2012-ci ildə Boba ABŞ prezidenti Barak Obama “Azadlıq” medalını təqdim etmişdi.
Xatırladaq ki, 2016-cı ilin ilk Nobel mükafatçısı yaponiyalı alim Yoşiniru Osumi olub.

O, bu mükafatı fiziologiya və tibb sahəsində autofaqi mexanizmlərinin açılışına görə alıb.
Bu il kimya üzrə Nobel mükafatı qalibləri isə Jan-Pyer Savaj (Fransa), Con Frezer Stoddart (ABŞ) və Bernard Ferinq (Hollandiya) olub. Onlar ferinqamolekulyar maşınların işlənilməsi və sintezinə görə təltif olunacaqlar.

Alimlər molekulyar maşınları tarazlıq vəziyyətindən çıxara biliblər, nəticədə onların hərəkətinə nəzarət etmək mümkün olub. Bu qurğular yeni materiallar, sensorlar və enerjinin qorunub-saxlanılması sistemləri üçün əsas götürülə bilər.
İqtisadiyyat üzrə Nobel mükafatı isə Harvard universitetinin professoru Oliver Harta və Massaçusets texnoloji institutunun professoru Benqt Holmstremə verilib.

Mükafat hər iki şəxsin müqavilələr nəzəriyyəsinin inkişafına verdiyi dəstəyə görə təqdim olunub.
Nobel mükafatçıları dekabrın 10-da Stokholmda mükafatlandırılacaq. Qaliblərə təqdim ediləcək mükafatın dəyəri 932 min dollardır.
Məlumat üçün deyək ki, Nobel mükafatları 27 noyabr 1895-ci ildə Alfred Bernard Nobelin vəsiyyəti əsasında təsis edilib. İlk Nobel mükafatı isə 1901-ci ildə təqdim edilib.
Mükafat Alfred Nobelin vəsiyyətinə əsasən aşağıdakı alti sahə üzrə verilir:
1. Kimya üzrə Nobel mükafatı
2. Fizika üzrə Nobel mükafatı
3. Fiziologiya və tibb üzrə Nobel mükafatı
4. Ədəbiyyat üzrə Nobel mükafatı
5. Nobel Sülh mükafatı
6. İqtisadiyyat üzrə Nobel mükafatı