Britaniya baş naziri Liz Trass istefa verdiyini elan edib.
FED.az xəbər verir ki, baş nazir bununla bağlı, baş nazirlərin ənənəvi iqamətgahı olan Dauninq-stritdə mətbaata açıqlama verib.
Xatırladaq ki, bu Britaniya tarixində ən qısa baş nazirlik müddətidir – cəmi 6 həftə. Liz Trass yeni baş nazir seçilənədək vəzifəsində qalıb qalmayacağını açıqlamayıb.