Böyük Britaniya Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq edir
FED.az xəbər verir ki, Böyük Britaniyanın baş naziri Boris Conson Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Rusiya banklarına, şirkətlərinə, qurumlarına və fiziki şəxslərinə qarşı yeni sanksiyalar paketini açıqlayıb.
Rusiyaya qarşı yeni sanksiyaları açıqladığı parlamentdəki çıxışında Conson bu sanksiyaları “Rusiyanın indiyə qədər gördüyü ən böyük və ən ağır sanksiya paketi” adlandırıb.
Rusiya prezidenti Vladimir Putinin “Ukraynanın qanını heç vaxt əlindən təmizləyə bilməyəcək” deyən Conson, qanlı təcavüzkar kimi qələmə verdiyi Putinin dünyanın və tarixin gözü qarşısında “lənətlənəcəyini” bildirib.
Johnson bildirib ki, Böyük Britaniyanın sanksiyaları Rusiyanın bütün iri banklarını, 5 rus oliqarxını və 100-dən çox şirkət və fiziki şəxsi hədəf alacaq.
Ölkəsinin gələn həftə bütün böyük Rusiya banklarının aktivlərini donduracağını vurğulayan Conson VTB Bankın bütün aktivlərinin “dərhal” dondurulacağını qeyd edib.
Conson Rusiyanın “Aeroflot” aviaşirkətinin fəaliyyətini dayandıracağını da qeyd edib.
Britaniya Belarusa qarşı sanksiyalar tətbiq edəcək
Yeni sanksiyaların böyük rus şirkətlərinin və dövlətin İngiltərə bazarlarında maliyyələşdirmə və ya borc almasına mane olacağını bildirən Conson, Ukraynaya qarşı hərbi müdaxilədə oynadığı rola görə Belarusa da oxşar iqtisadi sanksiyalar tətbiq edəcəklərinin vurğuladı.
Yeni sanksiyaların "Londondakı rus oliqarxlarının gizlənəcək yerləri yoxdur" mənasına gəldiyini qeyd edən Conson, Rusiya vətəndaşlarının Böyük Britaniyadakı bank hesablarına yatıra biləcəkləri pulun miqdarının da məhdudlaşdırılacağını bildirib.
“Biz Rusiyanı qlobal iqtisadiyyatda gündən-günə, həftədən həftəyə sıxışdırmaq kimi amansız işi davam etdirəcəyik”, – Boris Conson bildirib. qiymətləndirməsini etdi.