Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimi ilə bağlı təşkil ediləcək tədbirlərə 50-100 milyon funt sterlinq (63-125 milyon dollar) xərclənəcəyi gözlənilir.
Eləcə də bax: Kraliçanın ölümündən sonra - MİLYARDER OLDULAR
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Qərb mediası yayıb.
“CNBC” yazır ki, 1953-cü ildə kraliça II Elizabetin tacqoyma mərasiminə 50 milyon funt sterlinq sərf edilib.
Məlumata görə, III Çarlz özü mərasimin qısa olmasını və çox vəsait sərf olunmamasını istəyir.
“UK Hospitality” təşkilatının hesablamalarına görə, Britaniya barları, restoranları və hotelləri tacqoyma tədbiri sayəsində 350 milyon funt qazanacaqlar.
Xatırladaq ki, tacqoyma mərasimi mayın 6-sı keçiriləcək və tədbirdə təqribən 2 min VIP qonağın iştirak etməsi planlaşdırılır. Tədbirlər ümumilikdə 3 gün davam edəcək və ulduz müğənnilərin iştirakı ilə konsertdən də ibarət olacaq.