Braziliya Prezidenti Cair Bolsonaro koronavirusa yoluxub.
Eləcə də bax: Azərbaycanda 19 koronavirusa yoluxma halı qeydə alınıb - RƏSMİ
FED.az "APA"ya istinadən xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.
Prezident Bolsonaronun oğlu Eduardo Bolsonaro atasının səhhətinin normal olduğunu və hələ virusun simptomlarının özünü göstərmədiyini deyib.
Qeyd edək ki, Braziliya Prezidentinin mətbuat katibi ABŞ-a səfərdən qayıtdıqdan sonra onda virusa yoluxma qeydə alınmışdı.