Böyük Çin səddinin Pekin yaxınlığındakı bəzi əraziləri yanvarın 25-dən etibarən turistlərin üzünə bağlı olacaq.
Eləcə də bax: Çində virusa görə 2 şəhər «bağlandı» – HƏYAT DAYANIB
FED.az xəbər verir ki, bu addım ölkədəki koronavirusunun yayılmasının qarşısını almaq məqsədi ilə atılıb.
Qeyd edilir ki, səddin Badalin adlı rekonstruksiya edilmiş ərazisi bağlı olacaq. Ora görməli yerin turistlər tərəfindən ən çox ziyarət olunan hissəsidir.
Ötən ilin dekabrından Çinin Uxan şəhərində meydana çıxan koronavirus sürətlə digər ölkələrə də yayılmaqda davam edir. Artıq ABŞ, Rusiya, Sinqapur, Vyetnam, Səudiyyə Ərəbistanı, İtaliyada və Fransada virusa yoluxma halı qeydə alınıb.
Qafqazinfo