Böyük Britaniyanın baş naziri Tereza Mey istefa verəcəyini bəyan edib. FED.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir iyunun 7-də vəzifəsindən gedəcəyini bildirib. 
Məlumatda qeyd olunur ki, xanım Mey həmçinin Mühafizəkarlar Partiyasının sədrliyindən də istefa verəcək. Bununla belə, Mey yeni baş nazir seçilənə qədər vəzifəsinin icrasını davam etdirəcəyini qeyd edib. 
Məlumat üçün bildirək ki, Böyük Britaniyanın baş naziri istefa verəcəyi təqdirdə  Britaniya Avropa İttifaqından "Brexit" sazişi olmadan ayrılacaq, ya da yenidən referendum keçirilməklə "Brexit" prosesi ləğv edilə biləcək. 
Böyük Britaniyanın baş naziri Tereza Mey istefa verir
                            
                            
                        
                            13:38
                            24 May 2019
                        
                        

            

                
                
                
                
                
                
                
                
                
                
                
                







