“İran və Böyük Britaniya 1979-cu ildə tədarük edilməyən tanklara görə Tehrana 400 milyon funt sterlinq (535 milyon dollar) həcmində borcun ödənilməsi barədə razılığa gəliblər”.
Eləcə də bax: İran yük maşınlarına Qarabağa və Laçına girməyi - QADAĞAN ETDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Ali Baqeri Kyani deyib.
Onun sözlərinə görə, borcun ödənilməsi və səviyyəsi barədə əsas məsələ razılaşdırılıb. Lakin borcun ödənilməsi metodu və prosesi hələ həll edilməyib.
BMT-nin Beynəlxalq Məhkəməsi 2013-cü ildə Böyük Britaniyanı İngiltərə tərəfindən ləğv edilən müqavilə ilə bağlı İrana təzminat ödəməyə çağırıb. Sözügedən müqavilə 1974-cü ildə International Military Services (IMS) və İran arasında bağlanıb. Müqaviləyə əsasən, şirkət İrana mindən çox Britaniya tankı tədarük etməli idi. Lakin 1979-cu ildə İranda baş verən inqilabdan və İslam ruhanilərinin hakimiyyətə gəlməsindən sonra London müqavilənin şərtlərini yerinə yetirməkdən imtina edib. İran isə bu günə qədər təzminat ala bilməyib. İngiltərə rəhbərliyi isə İranın Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edildiyindən borcu qaytara bilmədiklərini iddia edir.