ABŞ Prezidenti Donald Trump, Barak Obama dövründə Türkiyəyə Patriotların satılmamasının səhv qərar olduğunu, bununla bərabər, Rusiyadan S-400 alması səbəbilə Türkiyəyə F-35 hərbi təyyarələrini satmayacaqlarını bildirib.
FED.az "Marja"ya istinadən xəbər verir ki, Tramp, Türkiyənin Rusiyadan keçən həftə S-400 hava müdafiə sistemlərini almağa başlamasına dair Ağ Evdəki kabinet toplantısında Türkiyə və F-35-lərlə bağlı açıqlama verib.
Barak Obama dövründə Türkiyəyə Patriot satılmamasına görə əvvəlki hakimiyyəti tənqid edən Tramp, Türkiyənin buna görə Rusiyadan S-400 aldığını bildirib.
Tramp, Türkiyənin içində olduğu vəziyyəti anladıqlarını vurğulayaraq, "İçində olduğu çox çətin bir vəziyyət və biz də ABŞ kimi çətin bir vəziyyətdə qaldıq ancaq bunu ifadə edim; ABŞ, Rusiyadan raket sistemi satın aldığı üçün NATO müttəfiqi Türkiyəyə F-35 hərbi təyyarələrini satmayacaq. Çox çətin bir vəziyyətdir, ancaq üzərində çalışırıq. Nələr olacağını görəcəyik, amma bu həqiqətən ədalətli deyil", - ifadələrini istifadə edib.
Həmçinin Tramp, yaranmış vəiyyətə görə F-35 təyyarələrinin istehsalçısı "Lockheed Martin" şirkətininin məmnun olmadığını, çünki şirkət üçün bunun minlərlə məşğulluq mənasına gəldiyini qeyd edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin S-400 alışı ilə bağlı dünən verdiyi açıqlamada, "S-400-lərimizi almağa başladıq. "Ala bilməzsiz" dedilər, bu gün səkkizinci təyyarə də gəldi",- demişdi.
"Biz satmadıq, məcbur qalıb ruslardan aldılar" - Trampdan Türkiyə açıqlaması
08:09
17 İyul 2019