“Moderna Inc.” şirkəti ABŞ-la ümumi dəyəri 1,5 milyard dollar olan 100 milyon COVİD-19 test peyvəndi üçün razılıq əldə edilib.
Eləcə də bax: Varlı ölkələr COVID-19 əleyhinə peyvəndi - KÜTLƏVİ ŞƏKİLDƏ ALIR
FED.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə verdiyi açıqlamada ““Moderna” ilə 100 milyon koronavirus peyvəndi istehsalı və təhvil verilməsinə dair razılığa gəldiyimizi bildirməkdən məmnunam" deyə bildirib.
Peyvənd sınağı üçün ABŞ administrasiyasından 955 milyon dollar maliyyə dəstəyi alan “Moderna” bir doza vaksini təxminən 15 dollara və ya iki dozadan ibarət paketi 30 dollara satacaq.
ABŞ əvvəllər peyvəndi sınaqdan keçirən digər şirkətlərlə təchizat müqavilələri imzalayıb. Hökumət iyulda “Pfizer Inc.” ilə Alman tərəfdaşı “BioNTech SE”dən 1,95 milyard dollar dəyərində 100 milyon doza RNA peyvəndi alıb.
Bu ayın əvvəlində federal hökumət “Johnson & Johnson” ilə 1 milyard dolları aşan 100 milyon dozalıq tədarük müqaviləsi də imzalayıb.
“Pfizer”in dozasının qiyməti “Moderna”dan bir qədər yüksəkdir, lakin “Pfizer” peyvənd testini dəstəkləmək üçün hökumətdən hələ də vəsait almayıb.