“Microsoft”un həmtəsisçisi Bill Qeyts şirkətdəki rəhbərliyi dövründə etdiyi ən böyük səhvi açıqlayıb.
Bu haqda biznesmen “Village Global” vençur fondunun tədbiri çərçivəsində deyib.
Eləcə də bax: İvanka Trampın birillik gəliri - AÇIQLANDI
FED.az xəbər verir ki, Bill Qeytsin sözlərinə görə, “Microsoft” 2000-ci illərdən özünün mobil platformasını yaradır, amma şirkət bazarda lider mövqeyini tuta bilmir. Mənim ən böyük səhvim… “Androidin təsisinə reaksiyasız qalmağım, Microsoftun öz əməliyyat sistemini yaratması üçün kifayət qədər tələbkar olmamağım olub”, – o, deyib.
“Mobil qurğuların proqram təminatı bazarı elə qurulub ki, “qalib bütün hər şeyi əldə edir və bütün hər şey bir şirkətin ola bilər”. Bill Qeyts hesab edir ki, “Apple” ilə rəqabət apara biləcək tək şirkət “Apple”dır. Bu səhvin qiyməti davam edir və 400 milyard dollardır.
“Microsoft”un rəhbəri hesab edir ki, şirkət bu gün belə çox güclüdür.“ Əgər o “Google” ilə mübarizəni dayandırmasaydı bu halda şirkət bazarın liderləri arasında deyil, siyahıda birinci olardı.
2018-ci ilin yanvarında “Windows Insider” – proqramının aparıcı meneceri Brendon Leblan deyirdi ki, korporasiya “Windows 10 Mobile”ı test rejimində buraxmağı planlaşdırmır.
“Windows 10 Creators Update”un bazara çıxarılmasından sonra, şirkət “Windows 10” əsaslı qurğuların bazara çıxarılmasını dayandırmaq haqqında qərar qəbul etdi. Bu isə ona görə baş vermişdi ki, bazarda bu məhsula zəif tələbat var idi və müstəqil istehsalçılar tərəfindən az dəstək görmüşdü.