Belarus prezidenti Aleksandr Lukaşenko avqustun 23-də Minskdəki iqamətgahına, hansı ki, qarşısında böyük mitin keçirilirdi, gülləkeçirməyən geyimdə və əldə avtomat gəlib.
Eləcə də bax: Belarus hökuməti - İSTEFA VERDİ
FED.az xəbər verir ki, bundan əvvəl o Minsk üzərində vertolyotla dövrə vuraraq vəziyyətə baxıb.
Xatırladaq ki, avqustun 23-də Minskdə və Belarusun digər şəhərlərində artıq 14-cü gündür ki, geniş etiraz aksiyaları keçirilib. İştirakçılar, rəsmi olaraq Lukaşenkonun qalib sayıldığı prezident seçkilərini nəticələrinin saxtalaşdırılmasına etiraz edir, səslərin yenidən sayılmasını və ya yeni sekçkilərin keçirilməsini tələb edirlər.
OMON-çular tərəfindən qorunan iqamətgaha daxil olan Lukaşenko milislərə təşəkkür edib və minitnqçilərin məsələsinin araşdırılacağını bildirib. OMON-çular prezidenti alqaşlayaraq axıradək ona sadiq qalacaqlarını bildiriblər.
Yeri gəlmişkən, seçkilərin nəticəsinə etiraz əlaməti olaraq bəzi iri müəssisələr tətil edirlər. Lukaşenko bildirib ki, həmni müəssisələri bağlayacaq.