BBC şirkəti xəbərlər bölməsi olan “BBC News” daxilində büdcəyə qənaət etmək üçün 2022-ci ilə qədər 450 işçini işdən çıxartmaq qərarına gəlib.
FED.az xəbər verir ki, bu barədə şirkətin direktoru məlumat verib. Bildirilir ki, “Newsnight” proqramı üçün istehsal olunan məhsulların sayının azalacağı, “BBC 2”, “BBC Radio 5” və “BBC World Service”nin bəzi bölmələri bağlanacaq. İşdən çıxarılma bir çox sahəni əhatə edəcək. Bura aparıcılar, layihə rəhbərləri, müxbirlər və digər vəzifəli şəxslər də aid ediləcək. Bundan başqa, şirkət daha çox gəlir əldə etmək üçün növbəti 10 ilini dəyişdirməli olduğunu və rəqəmsal yayına keçəcəyini vurğulayıb.
Qeyd edək ki, hazırda “BBC News”da ümumilikdə 6000 nəfər çalışır, onlardan 1700-ü İngiltərədən kənardadır. Televiziya lisenziyası haqları ilə maliyyələşdirilən şirkətin gəlirinin gələcəkdə hər il 480 milyon funt sterlinq (995 milyon 670 min manat) olacağı gözlənilir.
Yeniavaz