ABŞ Prezidenti Co Bayden Ukraynaya hərbi yardım göstərilməsinə dair memorandum imzalayıb. Ümumi məbləğ 600 milyon, müdafiə sahəsində olan yardım isə 350 milyon ABŞ dolları təşkil edib.
Eləcə də bax: NATO Ukraynaya hərbi dəstək verəcəyini - AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə xarici KİV bildirir.
“Dövlət katibinə Ukraynaya təcili hərbi yardım göstərmək səlahiyyətini verirəm”, - memorandumda deyilir.
Sənəddə deyilir ki, ABŞ dövlət katibi öz səlahiyyətləri çərçivəsində Ukraynaya 250 milyon dollar məbləğində təmənnasız yardım göstərməyin ABŞ-ın maraqlarına uyğun olub-olmadığını müəyyən etməlidir. 350 milyon ABŞ dolları isə hərbi hazirliyin müdafiə vasitələri və xidmətləri, o cümlədən təlim və məşqləri üçün nəzərdə tutulub.
Qeyd edək ki, Rusiya fevralın 24-dən Ukraynada hərbi əməliyyat keçirir. Rusiya prezidenti Vladimir Putin bunun Ukraynanın demilitarizasiyası üçün lazım olduğunu söyləyib. Bir sıra ölkələr, o cümlədən ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Bu gün, fevralın 26-da isə Putinə qarşı məhdudiyyətlər tətbiq edilib. (Report)