Keçən çərşənbə axşamı, ABŞ prezidenti Trampın koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilməsindən sonra ABŞ Prezidenti Donald Tramp və Demokratik Prezidentliyə namizəd Jo Bayden arasındakı sorğularda Bayden fərqi ikiqat artırıb.
Ötən həftənin 3-cü günü Trampla Bayden arasında şqalmaqallı debatdan sonra, yəni hələ Trampda korrnavirus tapılmazdan əvvəl iki namizəd arasında Baydenin xeyrinə olan fərq ikiqat artaraq 14%-ə çatıb. Belə ki, aparılan sorğularda məlum olub ki, Bayden 53% səslə 39%-lik səsə sahib Trampı 14% qabaqlayır. İki namizəd arasında sorğularda fərq indiyədək ən yüksək iyul aynıda - 11% olmuşdu. İndi isə bu hədd də keçildi.
Debatın özünə gəlincə isə, o çox mübahisəli, hətta qarşılıqlı təhqirlərlə dolu keçmişdi və müşahidəçilərin fikrincə, ilk dəfə idi ki, ABŞ prezidenti bu qədər təhqir olunurdu.
Debatdan dərhal sonra keçirilən rəy sorğularında məlum olub ki, tamaşaçıların 44%-ə bu müzakirədə Baydenin, 24%-i Trampın qalib gəldiyini hesab edir.