ABŞ-ın 46-cı Prezidenti Co Bayden vəzifəsinin icrasına başladığı ilk gün sələfi Donald Trampın əmrlərini ləğv edən bir sıra fərmanlar imzalayıb.
Eləcə də bax: Baydenin inauqurasiyası başladı - CANLI YAYIM - VİDEO
FED.az xəbər verir ki, Baydenin ilk imzaladığı fərman ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) qayıtması ilə bağlı olub.
Bayden, həmçinin ABŞ-ın əvvəllər geri çəkilməyə qərar verdiyi Paris İqlim Razılaşmasına qayıtmasını da təsdiqləyib. İqlim dəyişikliyinə qarşı mübarizəni özünün prioritetlərindən biri kimi qoyan Bayden qlobal istiləşməni inkar edən Trampın geri çəkildiyi Paris İqlim Sazişində yenidən iştirak etmək üçün sərəncam imzalayıb. O, Donald Trampın vəzifəyə gəldikdən təxminən bir həftə sonra imzaladığı fərmanla müsəlman ölkələrinə qarşı tətbiq edilən səyahət qadağasını da ləğv edib.
Yeni Prezident Meksika ilə sərhəddə divarın inşasını dayandırıb və sərhəddəki fövqəladə vəziyyəti ləğv edib.
O, Ağ Evdəki ilk günündə cəmi 17 fərqli fərman imzalayıb.
Bayden Oval Ofisdəki jurnalistlərə Donald Trampın ona “çox səxavətli” bir məktub buraxdığını, ancaq məktubun məzmununu bölüşməyəcəyini bildirib. (Qafqazinfo)