ABŞ prezidentinin qızı İvanka Tramp atasının seçki kampaniyası üçün vəsait toplamaqda Barak Obamanın rekordunu təzələyib.
FED.az xəbər verir ki, prezidentin qızı bu məqsədlə 35 milyon dollar toplayıb və sutka ərzində toplanan vəsaitin həcminə görə Barak Obamanın rekordunu geridə qoyub. Belə ki, Obama 2012-ci ildə bir gün ərzində 3,8 milyon dollar toplamışdı. Prezidentin qızı isə ötən həftə azı 13 milyon toplaya bilib.
Buna baxmayaraq seçki kampaniyasına vəsait toplanmasında Tramp son vaxtlara qədər Baydendən geri qalırdı. Sentyabrın əvvəlindən Bayden televiziya reklamına 95 milyon xərcləyib.
Trampda isə bu məbləğ 41 milyon dollardan bir qədər artıqdır. Sentyabr ayında Bayden 383 milyon dollar toplayıb. Trampda isə bu məbləğ 247 milyon dollar idi.