“ABŞ Prezidenti Co Bayden prezidentliyə namizədliyini geri götürməyə qərar verib”.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu ABŞ-nin Demokratlar partiyasında mənbəyə istinadən “Newsmax”ın jurnalisti Mark Halperin iddia edib.
Onun sözlərinə görə, Ağ Evin hazırkı rəhbəri qərarını bu həftə sonu elan etməyi planlaşdırır: “Bunun üçün nitq hazırlanıb. O, prezident olaraq fəaliyyətini davam etdirəcək. Mənə, həmçinin bildirdilər ki, o, vitse-prezident Kamala Harrisi öz xələfi olaraq dəstəkləməyəcək”.
Xatırladaq ki, C.Bayden özü dəfələrlə seçkidən geri çəkilmyəcəyini açıqlayıb. ABŞ-də prezident seçkiləri noyabrın 5-də baş tutacaq.