ABŞ-ın hazırki prezidenti Cozey Bayden prezident seskilərindən namizədliyini geri götürüb.
FED.az xəbər verir ki, bu barədə prezident özü X sosial şəbəkəsində açıqlama yayıb.
«Sizin prezidentiniz olmaq mənim həyatımda böyük şərəf idi. Mən yenidən seçilmək fikrimdə olsam da, hesab edirəm ki, mənim partiya və ölkəmin maraqları üçün istefaya (prezident seçkisindən) getməli və qalan müddətdə prezidentlik vəzifələrinin icrası ilə məşğul olmalıyam».
Xatırladaq ki, 82 yaşlı prezidentin namizədliyinin geri götürməsi son günlər bütün ABŞ-da ən müzakirə olunan məsələ idi. Bayden Donald Trampla debatlarda məğlub olmuşdu.
Demokrat partiyasının sponsorları Baydenin digər namizəd Donald Trampa qalib gələ bilməyəcəyini bildirərək namizədliyinin geri götürməsini tələb etmişdilər. Son 3 həftə ərzində 20-dən artıq demokrat konqresmen Baydeni namizədliyini geri götürməyə çağırmışdılar.