Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Co Bayden (Joe Biden) ilə telefonda danışıb. İki lider, Baydenin yanvar ayında Prezident vəzifəsini icra etməyə başlamasının ardından ilk dəfə danışıblar.
Eləcə də bax: Paşinyan hələ qələbəsi təsdiqlənməmiş Baydendən də - Kömək İstədi
FED.az Ağ Evin yaydığı məlumata istinadən xəbər verir ki, danışıq zamanı əməkdaşlığın genişlədilməsi müzakirə edilib.
Ərdoğan və Bayden, ikitərəfli və regional mövzuları müzakirə etmək üçün İyun ayındakı NATO Zirvəsində görüşmək üçün razılaşıblar.
Bloomberg-in xəbərinə görə, Bayden Ərdoğana 1915-ci il hadisəsi üçün "soyqırım" ifadəsini istifadə edəcəyini bildirib.
Ərdoğan, FETÖ-nin ABŞ-dakı mövcudluğu və ABŞ-ın Suriyada PKK-PYD terror təşkilatına verdiyi dəstək kimi mövzuların həll edilməsinin Türkiyə-ABŞ əlaqələrinin daha irəli səviyyələrə aparılması üçün əhəmiyyətli olduğunu bildirib. (Marja)