“Diriliş Ertuğrul” serialının davamı olaraq çəkilən “Kuruluş Osman” yayımlanmazdan öncə beş ölkəyə satılıb.
FED.az xəbər verir ki, bir neçə gün bundan əvvəl anons videosu yayılan ekran işi fərqli dillərə tərcümə olunub.
Eləcə də bax: Türkiyədə reklam və mediaya nə qədər investisiya ayrılıb? – YENİ RƏQƏMLƏR
Bunlar ingilis, ispan, ərəb, rus və fars dilidir. Burak Özçivitin baş rol aldığı layihə digər ölkələrdə “The Ottoman” adıyla yayımlanacaq.
Serial yaxın vaxtlarda Türkiyənin “ATV” telekanalında yayımlanacaq.
Qafqazinfo