"Gürcüstanın Azərbaycanla sərhədləri bağlaması xəbəri doğru deyil".
Eləcə də bax: Koronavirus daşıyıcısı Azərbaycandan Gürcüstana necə keçib? - DETALLAR
FED.az xəbər verir ki, bu barədə Gürcüstan Baş Nazirinin Administrasiyasından açıqlama verilib.
Bildirilib ki, bu barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.
"Gürcüstanın koronavirus təhlükəsi səbəbi ilə Azərbaycanla sərhədlərini bağlaması ilə bağlı xəbərlər doğru deyil, məhdudiyyət sadəcə İranla gediş-gəlişlərə tətbiq edilib", - deyə açıqlamada bildirilib.
Azərbaycanın Gürcüstandakı səfirliyi də açıqlamasında Azərbaycan-Gürcüstan sərhədlərinin bağlanması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Apa