Baş nazir Əli Əsədov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bibiheybətdə baş vermiş sürüşmə zonasına baş çəkib.
FED.az xəbər verir ki, onlar əraziyə baxış keçirərək vəziyyətlə yerində tanış olublar.
Eləcə də bax: Bakıda yolda sürüşmə baş verib - HƏRƏKƏT MƏHDUDLAŞDIRILIB
Qeyd edək ki, sürüşmə hadisəsi ötən gün paytaxtın Bibiheybətdə ərazisində baş verib. Sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən paytaxt istiqamətinə yeni yolda hərəkət dayandırılıb.
Report