"Prezident İlham Əliyevin tapşırığı ilə Baş Nazir və müvafiq qurumların rəhbərləri Bibiheybətdəki sürüşmə zonasına baxış keçiriblər".
FED.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
Eləcə də bax: Baş nazir və BŞİH başçısı Bibiheybətdə sürüşmə zonasına - BAŞ ÇƏKİB
"Artıq müvafiq qurumlara zəruri ilkin tapşırıqlar verilib. Təxirəsalınmaz tədbirlərin görülməsi və gələcəkdə bir daha təkrarlanmaması üçün prosesə ciddi xarici və yerli mütəxəssislər cəlb edilib. Mütəxəssislərin vəziyyəti dərindən təhlilindən sonra qısa müddət ərzində bərpanın hansı istiqamətdə aparılacağı haqqında qərar qəbul ediləcək", - deyə İ.Məmmədov vurğulayıb.
Qeyd edək ki, noyabrın 24-ü axşam saatlarında paytaxtın Bibiheybət ərazisində sürüşmə baş verib. Sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən paytaxt istiqamətinə yeni yolda hərəkət dayandırılıb. Hadisə nəticəsində yolun asfalt qatı dağılıb. Uçqunun 80-100 metr ərazini əhatə etdiyi bildirilib. Sürüşmə baş verən ərazinin yaxınlığında küçədə hərəkətsiz vəziyyətdə olan "Mercedes" markalı avtomobil uçqunun altında qalıb.