Oktyabrın 20-də “Sərin” restoranında Beynəlxalq Kulinariya Günü münasibətilə ilk dəfə olaraq “Çörək” festivalı keçirilib.
Tədbirdə Azərbaycanın 24 şəhər və rayonunu təmsil edən kulinarlar iştirak edib. Festivalda bölgələr üzrə ayrılmış yerlərdə hər bir bölgə üçün xarakterik olan çörək və çörək məhsullarının, əl işlərinin sərgisi də təşkil olunub.
Festivalda Qırğızıstan, Türkiyə, Ukrayna və başqa ölkələrin kulinarları da iştirak ediblər.