Bu ilin sonunadək Azərbaycanda 5 yeni “ASAN xidmət” mərkəzi açılacaq, 2020-ci ildə isə Bakıda daha 2, regionlarda isə əlavə 5 yeni analoji mərkəz açılacaq.
FED.az xəbər verir ki, bunu "9-cu Beynəlxalq Xəzər Enerji Forumu – 2019" tədbirində çıxış edən Azərbaycan Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ceyhun Salmanov deyib.
Eləcə də bax: Vətəndaşlar iş üçün "ASAN xidmət" rəhbərinə - MÜRACİƏT EDİBLƏR
Onun sözlərinə görə, bununla da ümumilikdə respublika üzrə “ASAN xidmət” mərkəzlərinin sayı 22-yə çatacaq.
"Hazırda ölkə üzrə 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir, Onlardan 5-i Bakıda, digərləri isə regionlarda yerləşir. Bundan başqa, 2 “ASAN kommunal xidmət” mərkəzi, 1 “ASAN qatar” və 10 səyyar avtobus fəaliyyət göstərir. “ASAN xidmət” mərkəzləri ölkənin 75,5%-ni əhatə edir", - deyə C. Salmanov qeyd edib.
APA