Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən aerasiya stansiyasında çirkab suyunun təkrar istifadəsi təmin olunub. Bu sudan beton yolun ətrafındakı yaşıllıqların suvarılması üçün istifadə edirik.
Eləcə də bax: Azərbaycanda tullantı sularını təmizləyib suvarmada - İstifadə Edəcəklər
FED.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su resurslarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Abdulhəsonov Bakıda Almaniya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən və su infrastrukturunun davamlı inkişafına həsr edilmiş “Davamlılıq Forumu 2021” tədbirində bildirib.
Bundan başqa, onun sözlərinə görə, Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində də kanalizasiya suları təkrar istifadə edilir: “Xocəsən gölünün çirklənmiş sularından yaşıllıqların sulanması üçün istifadə edirik”. (Report)