Bakı Metropoliteninin "20 yanvar" stansiyasında elektrik enerjisinin verilməsində problem yaranıb. Trend-in məlumatına görə, hadisə bu gün səhər saat 9 radələrində baş verib.
Stansiyaya verilən elekrtrik enerjisində problem yarandığından stansiyaya verilən elektrik enerjisi kəsilib. Nəticədə stansiyanın turniketləri və kart yükləmə aparatları işləməyib.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə faktı təsdiqləyib. Bildirib ki, baş verən problem qısa müddətdə aradan qaldırılıb.